Elm adamları xəbərdarlıq edir: Elektron siqaret istifadəsi həm Covid-19-a yoluxma riskini artırır, həm də xəstəliyin gedişatını ağırlaşdırır.
News365.az xəbər verir ki, dünya üzrə aparılan son araşdırmalar göstərib ki, elektron siqaret (vaping) istifadəsi ağciyərlərdə ikiqat zərər yaradır və xüsusilə Covid-19 infeksiyası keçirmiş şəxslərdə sağalma prosesini ləngidir.
“The Conversation” üçün məqalə qələmə alan professor Keith Rochfort, Covid-19-a yoluxan və ya xəstəlikdən yeni sağalan şəxslərin elektron siqaretdən dərhal imtina etmələrinin vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, vaping ağciyərlərin bərpasını çətinləşdirir və uzunmüddətli tənəffüs problemlərinə gətirib çıxara bilər.
Ağciyərlərdə ikiqat zərər mexanizmi
Mirror nəşrinin məlumatına əsasən, elektron siqaret istifadəsi qan damarlarının daxili səthində iltihab yaradır. Covid-19 infeksiyası isə ağciyərləri enflamatuar molekullarla doldurur.
Bu iki təsir birlikdə ağciyər kapilyarlarını zəiflədir, hava kisəciklərinə (alveollar) maye sızmasına səbəb olur və oksigen mübadiləsini çətinləşdirir.