Əhalini maraqlandıran xəbər: Kredit faizləri aşağı düşə bilər

Əhalini maraqlandıran xəbər: Kredit faizləri aşağı düşə bilər
14:51

Son günlər kredit götürən vətəndaşlar arasında faiz dərəcələrinin azaldılıb-azaldılmayacağı ilə bağlı suallar artıb. Xüsusilə də bankların mövcud şərtləri və iqtisadi şərait fonunda bu məsələ daha da aktuallaşıb.

Mövzu ilə bağlı  iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, faizlərin endirilməsi yalnız tərəflərin qarşılıqlı razılığı əsasında mümkündür.

Ekspertin sözlərinə görə, kredit müqaviləsində göstərilən faiz dərəcəsinin dəyişdirilməsi üçün müştərinin təkbaşına tələbi kifayət etmir:

“Kredit müqaviləsində bağlanan faizlər yalnız bank və ya bank olmayan kredit təşkilatının razılığı halında aşağı salına bilər. Müştərinin tələbi ilə faizlər avtomatik olaraq azaldıla bilməz”, – deyə Ə.Həsənov vurğulayıb.

Beləliklə, kredit faizlərinin endirilməsi yalnız bankın qərarı və tərəflərin razılığı ilə həyata keçirilə bilər. /// KONKRET.az


Sizin reklam burada
Sizin reklam burada