Əfqanlar 100-dən çox nağara və gitara yandırdılar

Əfqanlar 100-dən çox nağara və gitara yandırdılar
27 May 2025 11:35

Əfqanıstanın şərqindəki Laqman bölgəsinin Əlinqar rayonunda səlahiyyətlilər müsadirə edilmiş nağara və gitaraları yandırıblar. Bu barədə “Afganistan International” portalı məlumat yayıb.


Ümumilikdə 100-dən çox musiqi alətinin məhv edildiyi qeyd olunur. Onlar ölkədəki musiqi qadağası çərçivəsində yandırılıb.

“Son bir neçə ay ərzində müxtəlif bayram tədbirlərindən ən azı 109 musiqi aləti toplanıb və sonradan yandırılıb”, - məlumatda deyilir.

Qeyd edək ki, Əfqanıstanda taliblərin hakimiyyəti ələ keçirməsindən sonra, ölkədə radikal qərarlar qəbul edilir. Bunlardan biri də musiqinin haram olmasına dair fətvadır.

Hətta bundan əvvəl Əfqanıstanın aidiyyəti qurumları ölkədə şahmatı rəsmən qadağan etmişdi.

Mart ayında isə Əfqanıstanın Qəndəhar vilayətində qadınlara radioda əyləncəli verilişlər aparmağı qadağan edildi. Bundan başqa, mətbuata kosmetik məhsulların, eləcə də klinika və xəstəxanaların rəsmi qeydiyyatı olmayan reklamlarının dərci qadağan edilib.

Tural


Sizin reklam burada
Sizin reklam burada