Əfqanıstanda güclü zəlzələ baş verib

Əfqanıstanda güclü zəlzələ baş verib
27 İyn 2026 20:45

Əfqanıstanın Hindiquş dağlarında 5.8 maqnitudalı zəlzələ qeydə alınıb.

News365.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 161 min nəfər əhalisi olan Kunduz şəhərindən 169 km şərqdə yerləşib.

Zəlzələnin ocağı 201 km dərinlikdə qeydə alınıb.

Dağıntılar və zərərçəkənlərlə bağlı məlumat daxil olmayıb.


Sizin reklam burada
Sizin reklam burada