Texnologiyanın sürətli inkişafı və süni intellektin yaratdığı risklər növbəti dəfə yüksək səviyyədə diqqət mərkəzinə gəlib. Novosibirsk vilayətində tələbələr, aspirantlar və gənc alimlərlə görüşən Rusiya Prezidenti Vladimir Putin süni intellekt mövzusunda maraqlı dialoqu ilə yadda qalıb.
Görüş zamanı dövlət başçısı süni intellekt sahəsində çalışan gənc mütəxəssisə müraciət edərək bu texnologiyanın hansı real təhlükələr yarada biləcəyini soruşub.
Gənc müəllimin zarafatla verdiyi “Vladimir Vladimiroviç, səmimi deyirəm, sizin qorxacağınız heç nə yoxdur” cavabına Putin gülümsəyərək kəskin reaksiyası ilə diqqət çəkib:
“Mən heç vaxt heç nədən qorxmamışam.”
Süni intellektin ən böyük təhlükəsi nədir?
Müzakirənin davamında gənc alim texnologiyanın insan psixologiyasına və təfəkkürünə mənfi təsirlərinə toxunub. Onun sözlərinə görə, süni intellektin ən təhlükəli tərəfi insanların artıq müstəqil düşünməkdən və iş görməkdən uzaqlaşmasıdır.
Mütəxəssis vurğulayıb ki, hazırda pedaqoqların əsas məqsədi tələbələrin beyin fəaliyyətini aktiv saxlamaq, onların alqoritmlərə deyil, məhz öz zəkalarına güvənmələrini təmin etməkdir.
News365.az