Politoloq Tural Əliyev Ramazan bayramı münasibətilə ictimaiyyətə müraciət edib.
News365.az xəbər verir ki, o, öz təbrikində dərin mənalı fikirlərə toxunaraq, insanlara ədalətli və mərhəmətli davranmağın vacibliyini xatırladıb.
"Kiçik məqamlara diqqət yetirmək, insanı uca məqama çatdıra bilər. Ədalətli davranış fitnə-fəsadın qarşısını alır, mərhəmət isə insanlığı ayaqda saxlayır," – deyə Əliyev bildirib.
O qeyd edib ki, ali hisslər təsadüfi şəkildə yaranmır: "Ağızdan çıxan sözlər içdən gəlmirsə, sonu puç və rəzalətlə nəticələnir."
Politoloq, bayram günlərini insanlar üçün özünüdəyərləndirmə və paylaşım imkanı kimi dəyərləndirib:
"Bu gün bayramlaşmaq, paylaşmaq üçün ilin bir günüdür. Açığı, insanların növbəti ildə daha fərqli olacağına inanmıram, amma keçmişə dönərək səhvlər üzərində doğru qərarlar vermək üçün həmişə şans var."
Sonda isə o, bayram münasibətilə xalqı təbrik edib və çağırış edib ki, təqdim olunan şansları dəyərləndirmək lazımdır: "Şansları qaçırmayın ki, əks təsiri yüngül formada toxunsun. Bayramınız mübarək!"