Rusiyanın Tomsk bölgəsində bir nəfər “Əbədi məşəl” abidəsinə ayaqyalın çıxıb. Onun rusların qürur yeri saydıqları abidədə özünü nalayiq şəkildə aparması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Bu hadisə şahidlər tərəfindən videoya çəkilib. Görüntülər daha sonra “Region-70 Tomsk” Telegram kanalı tərəfindən yayımlanıb.
"Hadisə şəhərin Lager bağı ərazisindəki memorialda baş verib. Kadrlarda nazik köynək geyinmiş bir kişinin "Əbədi məşəl"in ətrafında dövrə vuraraq əllərini yelləməsi, isinməyə çalışmasını görünür. Kişinin nə ayaqqabısı, nə də baş geyimi var",- paylaşımda yazılıb.
Tomsk sakini bununla da kifayətlənməyib. Daha sonra o, atəşin üstündən tullanmağa başlayıb. Kişinin abidəyə qarşı hörmətsiz münasibətinin şahidi olan vətəndaşlar polisə müraciət ediblər.
Tural