Dubay Beynəlxalq Hava Limanında yerləşən “Dubai Duty Free” mağazalar şəbəkəsində yalnız aprel ayı ərzində satılan şokoladın ümumi dəyəri 7,84 milyon dollara çatıb.
Bu məlumatı News365.az şirkətin açıqlamasına istinadən yayıb.
Ümumilikdə, ötən ay ərzində mağazalar şəbəkəsinin ümumi gəliri 195,4 milyon dollar təşkil edib. Ən çox alış-veriş edən sərnişinlər sırasında Hindistan vətəndaşları liderlik edir – onlar 19,76 milyon dollar dəyərində məhsul alıblar.
İkinci sırada 14,97 milyon dollarlıq alışla rus turistlər qərarlaşıb. Onların ardından 14,03 milyon dollarla Səudiyyə Ərəbistanı, 10,75 milyon dollarla Çin və 9,92 milyon dollarla Böyük Britaniya vətəndaşları gəlir.
Dubayda ticarət mərkəzləri və hava limanı mağazaları həm məhsul çeşidi, həm də turist marağı baxımından dünyanın aparıcı alış-veriş məkanları sırasında yer alır. Apreldə qeydə alınan bu göstəricilər isə bölgədə lüks istehlaka olan tələbatın artdığını göstərir.