Havadan trilyonlarla litr su toplayaraq insanların ən təməl ehtiyaclarını ödəmək mümkündür.
News365.az xəbər verir ki, Massaçusets Texnologiya İnstitutundan bir komanda bu fikri reallaşdıra bilib.
Atmosferdə təxminən 1300 trilyon litr şirin su var və bu suyu toplamaq mümkündür.
SAWH adlı sistemə əsaslanan cihazın prototipi uğurlu nəticə verib. 1 litr uducu örtük 1 gündə havadan 1.3 litr içməli su toplaya bilir. Bu göstərici əvvəlki oxşar sistemlərdən 5 dəfəyə qədər daha effektivdir.
Məlumata görə, yeni texnologiya həm də ucuzdur. Sözügedən cihazlar 2030-cu ildə dünya əhalisinin 40%-ni şirin su ilə təmin edə bilər.