Rusiya və Türkiyə Cənubi Qafqazı müzakirə etdi

Rusiya və Türkiyə Cənubi Qafqazı müzakirə etdi
16 Apr 2026 23:40

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Türkiyənin Moskvadakı səfiri Tanju Bilgiçlə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.

News365.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

"Cənubi Qafqazdakı vəziyyət müzakirə edilib. Regionda sülh və sabitlik maraqları naminə gələcək koordinasiyaya dair qarşılıqlı niyyət təsdiqlənib", - qurumdan bildirilib.

Qeyd olunub ki, tərəflər həmçinin Rusiya-Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı fikir mübadiləsi aparıblar.


Sizin reklam burada
Sizin reklam burada