Dövlət Turizm Agentliyi yay mövsümünü indi açır?

Dövlət Turizm Agentliyi yay mövsümünü indi açır?
15:27

Təzə xəbər:  Dövlət Turizm Agentliyi tərəfindən Şüvəlan qəsəbəsində yaradılan 3 yeni ictimai çimərlik ictimaiyyətə təqdim olunub. Layihə çərçivəsində sahilboyu abadlıq işləri görülüb, müasir infrastruktur – idman və uşaq meydançaları, sanitar qovşaqlar, duş və soyunma otaqları quraşdırılıb.

Bu çimərliklər tamamilə ödənişsizdir və vətəndaşların rahat istirahəti üçün nəzərdə tutulub.

Burda deyiblər ey, “avazın yaxşı gəlir, oxuduğun quran olsa”. Çimərlik açmaq yaxşı işdi, özü də pulsuz olanda lap əla.

Amma bir əmma var ki, görülən hər bir işin ictimai yükü olmalıdır, həyatı əhəmiyyət kəsb eləməlidir. Bunlar olmayanda görülən iş olur özfəaliyyət. Yəni iş ictimaiyyət üçün yox, korporativ maraqlar üçün edilmiş sayılır.

Bax, Dövlət Turizm Ağentliyinin də çimərlik açma məsələsi də  eynən belədir. Çimərlik mövsümünün başa çatdığı bir vaxtda  yeni çimərlikliklər tikib istifadəyə vermək heç bir ictimai maraq və anlam daşımır.

Əgər Agentlik bunu sadə insanlar üçün edirdisə, ən azından çimərlik iyunda istifadəyə verilməli idi. Üstəlik 3 çimərliyin hamısının eyni məkanda açılması da maraq  və şübhə doğurur. Bəyəm olmazdı ki, bu çimərlikdən biri Novxanıya, biri Türkana salınsın?!

Əlbəttə ki, olardı. Amma olmadı. Çünki Dövlət Turizm Agentliyinə nümunəvi xidmət və layiqli iş yox, göstəri, hesabat lazımdır. Bu hesabata görə də külli miqdarda büdcə vəsaiti silinib gedəcək.

Bax, Agentlik məhz büdcə vəsaitinin silinməsi üçün mövsümün sonunda “hərəkətə keçib”.

News365.az  


Sizin reklam burada
Sizin reklam burada