Dörd məhkum Ermənistana təhvil verildi – ADLAR

Dörd məhkum Ermənistana təhvil verildi – ADLAR
18:00

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələrilə təqsirli bilinərək ölkəmizdə cəza çəkən 4 nəfər - Xaçaturyan Vaqif Çerkezi, Sujyan Gevorg Rubenoviç, Davtyan David Tiqrani və Eulcekcian Viken Abrahamın Ermənistana təhvil verilib.

News365.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan facebook səhifəsində məlumat verib.

O qeyd edib ki, həmin şəxslər Həkəri körpüsü vasitəsilə təhvil verilib.

Qeyd edək ki, sözügedən addım Azərbaycan və Ermənistan arasında əldə olunmuş ikitərəfli razılığa və humanizm prinsiplərinə uyğun olaraq atılıb.



Sizin reklam burada
Sizin reklam burada