Dönərçi sağlamlığa təhlükə yaradan addımı ilə sosial şəbəkələrdə müzakirələrə yol açıb.
News365.az xəbər verir ki, Türkiyənin paytaxtı Ankarada dönərçi bişmiş dönərin üzərinə çiy ət əlavə edərək insanların sağlamlığını təhlükəyə atıb, bu anlar vətəndaş tərəfindən lentə alınıb. Hadisə gündüz saatlarında baş verib, dönərçi müştərilərə təqdim edilən bişmiş dönərin üzərinə çiy ət qoyaraq satışa davam edib. Bu görüntülər sosial mediada yayılaraq geniş müzakirələrə səbəb olub.
Mütəxəssislər çiy ətin xüsusilə toyuq ətinin salmonella bakteriyası daşıma ehtimalının yüksək olduğunu və bu cür təmasın ciddi qida zəhərlənmələrinə yol aça biləcəyini bildiriblər. Hadisə ilə bağlı aidiyyəti qurumların araşdırma aparacağı gözlənilir.