İran İsrailə raketlərlə hücum edib.
News365.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb. Bildirilib ki, ordu İrandan ölkə ərazisinə raket buraxılışı qeydə alıb.
Məlumatda deyilir ki, hava hücumundan müdafiə vasitələri təhlükənin aradan qaldırılması istiqamətində çalışır.