Tanınmış ginekoloq Dr. Gülnarə İsmayılova bildirib ki, xanımlar ağrı və sancı çəkərkən kənardan foto və video çəkilməsi düzgün deyil.
“Bir xanım ağrı-sancı çəkirsə, bədəni və canı ağrayırsa, mən və yaxud kimsə onun vəziyyətini kənardan çəkməyi xoşlamıram. Ona görə də doğumlarımızı, əməliyyatlarımızı kənardan çəkmək mənim üçün uyğun deyil,” – deyə həkim vurğulayıb.
Dr. İsmayılova əlavə edib ki, uşaq doğulduqdan sonra təbii ki, valideynlər istəsələr, görüntüləri çəkib paylaşa bilərlər..
News365.az