DİN saxta paylaşımlarla bağlı XƏBƏRDARLIQ ETDİ- FOTO

DİN saxta paylaşımlarla bağlı XƏBƏRDARLIQ ETDİ- FOTO
26 Yan 2025 12:11

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara sosial şəbəkələrdə "İtirilmiş bağlamalar" adı ilə paylaşımların saxta olması ilə bağlı xəbərdarlıq edib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib:

"Sosial şəbəkələrdə "İtirilmiş bağlamalar" adı ilə xaricdən idarə olunan saxta paylaşımlar artmaqdadır. Diqqətli olun, yalandır, feykdir. Dəstəkləyici rəylərlə insanları aldadırlar".