DİN-dən əməliyyat: 60 nəfər saxlanıldı

DİN-dən əməliyyat:  60 nəfər saxlanıldı
17 Apr 2024 10:02

Aprelin 16-da ölkə ərazisində qeydə alınan 59, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

News365.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 98, o cümlədən, borclu şəxs qismində axtarışda olan 79 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 37, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.


Youtube kanalımız

Oxşar xəbərlər