Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Viktor Vodolatski diqqət çəkən iddia səsləndirib. O, bəyan edib ki, Ukrayna Silahlı Qüvvələrinin sıralarında olan ukraynalı hərbçilər və əcnəbi muzdlular hər gün qida ilə bərabər narkotik vasitələr də alırlar.
“Həm ukraynalıların, həm də xarici muzdluların daxil olduğu Ukrayna Silahlı Qüvvələri o çox şiddətli döyüşür. Çünki onların səhər yeməyində hər gün narkotik də olur”, - deputat qeyd edib.
O bildirib ki, ukraynalı hərbi əsirlər də qida ilə birlikdə psixotrop maddələr qəbul etdiklərini təsdiqləyirlər. İlk növbədə, onlar xarici muzdlulara verilir.
Vodolatski əlavə edib ki, təkcə ukraynalılardan deyil, həm də xarici muzdlulardan yaradılmış fransız və alman hərbi birləşmələri "Donetsk Xalq Respublikasının" Krasnoarmeysk və Xarkov vilayətinin Kupyansk rayonlarına gəlməkdə davam edirlər.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural