Dəm qazından zəhərlənən bacıların SON VƏZİYYƏTİ

Dəm qazından zəhərlənən bacıların SON VƏZİYYƏTİ
08 Yan 2026 10:46

Lənkəranda dəm qazından zəhərlənən bacıların son vəziyyəti məlum olub.

News365.az-ın məlumatına görə, Oxu.Az-ın sorğusuna cavab olaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, onlara arterial hipertenziya diaqnozu təyin olunub.

"Yanvarın 7-də, saat 21:30-da Lənkəran rayonun Separadi kəndində dəm qazından zəhərlənmə şübhəsi ilə iki (qadın) Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara arterial hipertenziya diaqnozu təyin olunub.

Hazırda pasiyentlərin müalicəsi təcili yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, ötən gün Lənkəran rayonunun Separadi kəndində yaşayan 1958-ci il təvəllüdlü Firayə Cabir qızı Kərimova və bacısı 1972-cı il təvəllüdlü Rəna Cabir qızı Kərimova vanna otağında huşsuz vəziyyətdə tapılıblar.


Sizin reklam burada
Sizin reklam burada