Lənkəranda kişi arvadını, sonra özünü ov tüfəngi ilə öldürüb

Lənkəranda kişi arvadını, sonra özünü ov tüfəngi ilə öldürüb
21 Fev 2026 22:40

Lənkəran rayonunda iki nəfərin ölümü ilə nəticələnən hadisə qeydə alınıb.

News365.az APA-ya istinadla xəbər verir ki, hadisə axşam saatlarında rayonun Kərgəlan kəndində baş verib.

1956-cı il təvəllüdlü Sərhad Məmmədov ov tüfəngi ilə həyat yoldaşı, 1965-ci il təvəllüdlü Balaqız Məmmədovanı öldürüb.

Məlumata görə, Sərhad Məmmədov daha sonra həmin silahla özünü güllələyərək öldürüb.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada