3 milyon dollarlıq varidatını dostuna vəsiyyət etdi

3 milyon dollarlıq varidatını dostuna vəsiyyət etdi
11:26

Fevral ayında 80 yaşında dünyasını dəyişən britaniyalı fermer Toni Martin 3 milyon dollarlıq var-dövlətini qadın dostu Caklin Uadleyə vəsiyyət edib.

News365.az xəbər verir ki, Toni Martın bu qərarını bir neçə il əvvəl açıqlamış və onda gündəmə gəlmişdi. Fermerin ölümündən sonra onun vəsiyyəti yerinə yetirilib.

Bu hadisə fermerin gündəmə gəldiyi ilk hal deyil.  O 1999-cu ildə mülkünə basqın edən gəncləri güllələyərək də gündəmə gəlmişdi. Nəticədə basqın edən gənclərdən biri həlak olmuş biri isə ağır yaralanmışdı. Hadisəyə görə həbs edilən fermer 3 il sonra baş verənlərin özünü müdafiə kimi qiymətləndirilməsindən sonra azadlığa buraxılmışdı.

Toni Martin məhz bu dövrlərdə Caklin Uadleylə tanış olur. Bütün ətrafının ondan üz döndərdiyi zamanlarda həmişə yanında olan qadın dostunun sədaqətini  illər sonra  bütün varidatını ona vəsiyyət edərək qiymətləndirib.


Sizin reklam burada
Sizin reklam burada