Türkiyədə yaşayan və "Dəli Ali" kimi tanınan bir şəxs illərdir İstanbulda bir xəstəxananın qarşısında növbəyə dayanır, hər gün qəbula yazılır. Xəstəxana işçiləri onu artıq tanıyır, hər dəfə adını siyahıya əlavə edirmiş kimi davranırlar. Gün ərzində bir neçə dəfə gəlir, yenidən növbəyə yazılır, lakin heç vaxt müayinə üçün içəri keçmir.
Bu qəribə vərdişin arxasında isə ürəkdağlayan bir hekayə dayanır. İllər öncə həyat yoldaşını xəstəxanaya gətirən Aliyə sənədləri doldurub qəbula yazılması tapşırılıb. Sənədləri tamamlayıb geri döndükdə isə həyat yoldaşının artıq öldüyünü öyrənib. O andan etibarən bu reallığı qəbul edə bilməyən Ali hər gün xəstəxanaya gələrək sanki yenidən qəbula yazılmaqla onu xilas edəcəkmiş kimi davranır.
Məsələ sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. Elşad Barat da bu barədə Facebook-da paylaşım edərək hadisənin təsirli tərəflərinə diqqət çəkib.
Bu hadisə bir daha sübut edir ki, sevgi bəzən insanı həyata bağladığı kimi, onu sonsuz bir dövrəyə də sala bilər…