"Avropanın indiki formada gələcəyi yoxdur" Serb prezidenti

"Avropanın indiki formada gələcəyi yoxdur" Serb prezidenti
10 Apr 2025 15:27

Avropanın indiki formada gələcəyi yoxdur. Onun, demək olar ki, heç nəyi yoxdur və öz dəyərlərini itirib. Bunu Serb Respublikasının prezidenti Milorad Dodik TASS-a açıqlamasında bildirib.


Prezidentə Avropanın tənəzzül ilə üz-üzə qalıb-qalmamasına dair sual ünvanlanıb. Jurnalistin "avropalılar özlərini xilas edə biləcəklərmi" sualına cavab verən Dodik belə deyib: "Bu Avropa elitası ilə özünü xilas etmək ümumiyyətlə çətindir. Lakin Avropanın demək olar ki, heç nəyə malik olmadığı açıq-aydın görünür".

O qeyd edib ki, Avropa indiki siyasətini davam etdirsə, yəni demokratiyaya maneçilik törətsə, seçkiləri saxtalaşdırsa, ədalətdən sui-istifadə etsə gələcəyi olmayacaq.

Dodik onu da əlavə edib ki, Avropanın sənayesi üçün heç bir xammalı yoxdur və rəqabət qabiliyyətini itirib. Bu isə o deməkdir ki, ittifaq artıq sənaye və ümumilikdə texnologiya üçün innovasiya mərkəzi sayılmır.



Tural


Sizin reklam burada
Sizin reklam burada