"Nə efirlərə nə də toylara getməyəcəm"- Aşıq Zülfiyyə

"Nə efirlərə nə də toylara getməyəcəm"- Aşıq Zülfiyyə
10 Apr 2025 17:07

"Müəyyən bir yaş dövründən sonra nə efirə, nə də toy-filana getməyəcəyəm."

News365.az xəbər verir ki, bu sözləri Aşıq Zülfiyyə Tolikin verlişində deyib. 

"Kim nə edirsə, evdən aldığı tərbiyədən qaynaqlanır, mən belə başa düşürəm. Hamımız bilirik ki, heç birimiz cəhənnəmdə cənnət yaratmamışıq. Biz sadə insanlarıq, sadəcə sağ olsun bizi izləyən, sevən tamaşaçılar. Amma hər bir işin bir nöqtəsi var, bitmə nöqtəsi. Mən də bilirəm ki, ümumiyyətlə özüm-özümə bir qərar vermişəm ki, müəyyən bir yaş dövründən sonra nə efirə, nə də toy-filana getməyəcəyəm. Niyə? Bilirsiniz, hər şey öz qədərində gözəldir, mən belə başa düşürəm. Mən bəlkə… bilirsiniz, elə də qalaq. Camaatın gözündə elə də qalaq."


Sizin reklam burada
Sizin reklam burada