Malayziyada azyaşlı qızın hamilə olması sosial mediada geniş müzakirələrə səbəb olub. "Astroawani" nəşri yerli polisin mətbuat xidmətinə istinadən yazıb ki, hüquq-mühafizə orqanları məktəbli qızın hamilə qalması faktını araşdırırlar. İddia olunur ki, qız öz yaxın qohumu ilə cinsi əlaqədə olub.
"Hadisə Kelantan ştatında baş verib. İş materiallarına görə, 15 yaşlı qız 11 yaşlı əmisi oğlu tərəfindən zorlanıb. Sonuncu isə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq Sosial Təminat İdarəsinə təhvil verilib",- nəşr yazıb.
Polisin mətbuat xidməti qeyd edib ki, analoji cinayətlərlə bağlı statistik rəqəmlər ildən-ilə artır və bu, hakimiyyət orqanlarının narahatlığına səbəb olur.
Hüquq-mühafizə orqanları belə hesab edirlər ki, bu cür hadisələrə əsas səbəblər arasında ailələrdə dini maarifləndirmənin olmaması, ailədaxili münaqişələr, pornoqrafik materiallar əlçatanlıq, azyaşlılar arasında narkotik vasitələrin yayılmasıdır.
Tural