11 min manata yaxın oğurluq edən şəxslər saxlanılıb

11 min manata yaxın  oğurluq edən şəxslər saxlanılıb
10 Apr 2025 17:36

Bakının Qaradağ rayonu ərazisində 10 min 800 manat dəyərində naqil oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Bu barədə News365.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 25 yaşlı Ş.Mustafayev və 27 yaşlı B.Həsənov müəyyən olunaraq saxlanılıblar. Həmçinin, rayon ərazisində yerləşən bir evin həyətindən 8500 manat dəyərində xırdabuynuzlu heyvanlar oğurlamaqda şübhəli bilinən 54 yaşlı E.İsmayılov və 42 yaşlı F.Köçəriyev də polis əməkdaşları tərəfindən saxlanılıblar.

Bundan başqa, Sumqayıt şəhəri ərazisində yerləşən sexlərin birindən 3500 manat dəyərində kompressoru oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 31 yaşlı M.Əliyevin saxlanılması da təmin edilib.

Araşdırmalar aparılır.


Sizin reklam burada
Sizin reklam burada