"ABŞ prezidenti Donald Tramp keçmiş dövlət başçısı Cozef Bayden administrasiyasının Rusiyaya qarşı hazırladığı nüvə müharibəsinin qarşısını alıb". Bunu News.ru-ya açıqlamasında Dövlət Dumasının deputatı Mixail Şeremet deyib.
O, Donald Trampın Ağ Evə qayıtmasını “xilas” adlandırıb. Deputatın sözlərinə görə, respublikaçı “sükanı layiqincə tutub” və vəziyyəti normallaşdırmaq, Baydenin “son nüvə fırtınasına” doğru tutduğu kursa getməmək üçün tədbirlər görməyə başlayıb. Şeremet belə hesab edir ki, Bayden bütün dünyanın taleyini təhlükəyə ataraq "nüvə ruleti oynamağa" çalışıb.
"Qeyd etmək lazımdır ki, şərəfsiz Bayden epoxasının özü ABŞ-yə Yaponiyadakı nüvə hücumunun apokaliptik nəticələri ilə kifayət qədər müqayisə edilə bilən zərər vurdu. Əbəs yerə deyil ki, prezidentliyi dövründə Bayden bütün sağlam düşüncəli bəşəriyyətin gözündə dəli terrorçular və müharibə cinayətkarları ilə eyni vəziyyətə düşmüşdü",- o qeyd edib.
Tural