Heydər Əliyev prospektindəki qəzada 2 nəfər yaralanıb - TƏBİB

Heydər Əliyev prospektindəki qəzada 2 nəfər yaralanıb - TƏBİB
10 Apr 2025 16:38

Nizami rayonu, Heydər Əliyev prospekti ərazisindən yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə Sabunçu Tibb Mərkəzinə 10.04.2025-ci il tarixində saat 15:10 radələrində 2 nəfər (1 kişi, 1 qadın) hospitalizasiya olunub.

News365.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, döş qəfəsinin əziyi diaqnozu təyin edilən 1976-cı il təvəllüdlü (qadın cinsli) şəxsə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş olan şəxs ambulator müalicə üçün evə buraxılıb.

1974-cü il təvəllüdlü (kişi cinsli) şəxsə sol dizin kəsilmiş yarası diaqnozu təyin edilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir.



Sizin reklam burada
Sizin reklam burada