Damlanın prodüseri: “O fotonu özüm yaymışam” - FOTO

Damlanın prodüseri: “O fotonu özüm yaymışam” -  FOTO
19 Apr 2024 00:33

 

Damla ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Məsumə Məmmədova yeni paylaşımı ilə adından söz etdirib. 

Sənətçi sosial şəbəkə hesabında xəstəxanadan qolunda “sistem” fotosunu yayımlayıb.  

Damla sözügedən paylaşımına heç bir şərh yazmayıb. 

Məsələ ilə bağlı   müğənni ilə əlaqə saxladıq. Telefona isə ifaçının prodüseri Şamil İbrahimov cavab verib. 

O bildirib ki, Damlanın səhhəti yaxşıdır: 

“Damlanın “sistem” altında xəstəxana palatasında çəkilən fotosunu özüm paylaşmışam. Onun səhhəti yaxşıdır. Heç bir problem yoxdur. Viruslardan və xəstəliklərdən özünü qorumaq üçün profilaktik sistemlər edir. Damlanın səhhəti ilə maraqlanan hər bir kəsə təşəkkürümüzü bildiririk”. 


Youtube kanalımız

Oxşar xəbərlər