Makron: “Əksər Aİ ölkələri Ukraynaya qoşun göndərməsinə razılıq verib“

Makron:  “Əksər Aİ ölkələri Ukraynaya qoşun göndərməsinə razılıq verib“
02 May 2024 15:28

Fransa prezidenti Emmanuel Makron “The Economist”ə müsahibə verib. News365.az xəbər verir ki, o, Ukraynaya Avropa qoşunlarının göndərilməsi mövzusunda bir sıra diqqət çəkən fikirlər səsləndirib.

Makronun sözlərinə görə, artıq bir çox Avropa İttifaqı(Aİ) ölkələri Ukraynaya qoşun göndərmək məsələsində Fransa ilə razılığa gəlib.

O qeyd edib ki, ötən ilin fevralında verdiyi qalmaqallı bəyanatdan sonra “xeyli ölkə bizim yanaşmamızı anladığını, Parisin mövqeyi ilə razılaşdıqlarını və belə bir mövqenin düzgün olduğunu bildirib".

Makron həmçinin vurğulayıb ki, əgər Rusiya ordusunun cəbhədə irəliləməsi fonunda Kiyev müraciət ünvanlasa Ukraynaya qoşunlar göndərilə bilər.

Xatırladaq ki, Makron fevral ayında "Qərb ölkələri Rusiyanın qələbəsinin qarşısını almaq üçün Ukraynaya qoşun yeritmək imkanlarını araşdırır" açıqlamasını vermişdi.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər