Daha bir Sepah komandiri öldürüldü

Daha bir Sepah komandiri öldürüldü
09:32

İsrail Müdafiə Qüvvələri (IDF) tərəfindən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Hava Qüvvələrinin (HHQ) ikinci PUA briqadasının komandiri Aminpur Cudakinin öldürüldüyünü bildirib.

News365.az xəbər verir ki, bu barədə IDF-in “Telegram” kanalında məlumat verilib.

Qeyd olunub ki, Cudaki IDF qüvvələri tərəfindən ikinci PUA briqadasının əvvəlki komandiri Tahir Purun iyunun 13-də öldürülməsindən sonra bu vəzifəyə təyin edilib və İranın cənub-qərbindəki Əhvaz bölgəsindən İsrail ərazisinə yüzlərlə PUA hücumuna rəhbərlik edib.


Sizin reklam burada
Sizin reklam burada