Gəncədə qidadan zəhərlənən 5 nəfərə mədə-bağırsaq pozğunluğu diaqnozu təyin edilib, pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
News365.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə aprelin 22-si saat 07:30 radələrində 5 nəfər (4 qadın, 1 kişi) hospitalizasiya olunub.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
***
Gəncədə beş nəfər qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
News365.az xəbər verir ki, bunlar E.Ramazanov (1992), Ş.Ramazanlı (1994), R.Ramazanlı (2016), R.Ramazanlı (2017) və Z.Ramazanlıdır (2022).
Faktla bağlı araşdırma aparılır.