Hövsanda partlayış baş verən ev spirt məhsulları istehsalı sexi kimi fəaliyyət göstərib.
News365.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Bildirilib ki, ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m²) olan ikimərtəbəli 4 otaqlı evin (spirt məhsulları istehsalı sexi kimi fəaliyyət göstərən) yanar konstruksiyaları yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
Hövsanda evdə partlayış olub.
News365.az xəbər verir ki, hadisə Bağlar massivində fərdi evdə qeydə alınıb.
Nəticədə evdə olan Elvin Məmmədov ölüb, Nihad Əşrəfov isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.