Gəncədə bir ailənin beş üzvü qidadan zəhərlənib.
News365.az xəbər verir ki, şəhər sakini 33 yaşlı Elvin Ramazanov, həyat yoldaşı 31 yaşlı Şəkər Ramazanova, övladları 10 yaşlı Rəbiyə Ramazanlı, 9 yaşlı Rüqayyə Ramazanlı və 3 yaşlı Zeynəb Ramazanlı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Onlara ilkin tibbi yardım göstərilib. İlkin məlumata görə, həmin şəxslər bazardan aldıqları xiyardan zəhərlənib.