Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazanıb

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazanıb
08 Fev 2026 21:28

Azərbaycan cüdoçusu Zelim Tçkayev (81 kq) Parisdə keçirilən "Böyük Dəbilqə" turnirində gümüş medal qazanıb.

News365.az xəbər verir ki, idmançı həlledici matçda yaponiyalı Yuhey Oinoya məğlub olub.

Qeyd edək ki, ötən gün Balabəy Ağayev (60 kq) qızıl mükafata sahib çıxıb. Ruslan Paşayev (66 kq) isə bürünc medal qazanıb.

"Böyük Dəbilqə" bu gün başa çatacaq. Azərbaycan yarışda səkkiz cüdoçu ilə təmsil olunur.


Sizin reklam burada
Sizin reklam burada