Bayram Muradov və müavini vəzifədən AZAD EDİLİB

Bayram Muradov və müavini vəzifədən AZAD EDİLİB
13 May 2026 23:40

Beyləqan Rayon Mərkəzi Xəstəxanasında rəhbər heyətlə bağlı kadr dəyişiklikləri həyata keçirilib.

News365.az  xəbər verir ki, xəstəxananın direktoru Bayram Cəbrayıl oğlu Muradov və inzibati işlər üzrə direktor müavini Elnur Nazim oğlu Mahmudov tutduqları vəzifələrdən ayrılıblar.

Məlumata əsasən, dəyişiklik yeni təyin olunmuş icraçı direktorun qərarı ilə aparılan struktur və kadr yenilənməsi çərçivəsində baş tutub. Bildirilir ki, hər iki şəxs vəzifədən öz ərizələri əsasında azad olunub.

Qeyd olunur ki, müəssisədə idarəetmə və təşkilati struktur üzrə dəyişikliklərin davam etdirilməsi nəzərdə tutulur.


Sizin reklam burada
Sizin reklam burada