ABŞ Hörmüz boğazından 15 humanitar yüklü gəminin keçməsinə icazə verib

ABŞ Hörmüz boğazından 15 humanitar yüklü gəminin keçməsinə icazə verib
13 May 2026 23:20

ABŞ ordusu İranın bir ay davam edən dəniz blokadası zamanı humanitar məqsədlər üçün 15 gəminin keçməsinə icazə verib.

News365.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb. 

"Dörd həftə əvvəl CENTCOM İran limanlarına daxil olan və çıxan gəmiləri blokada etməyə başlayıb. Bu günə qədər ABŞ qüvvələri 67 ticarət gəmisinin marşrutunu dəyişib, humanitar yardımı dəstəkləmək üçün 15 gəminin keçməsinə icazə verib və dörd gəmini hərəkətsiz vəziyyətə gətirib", -məlumatda deyilir.

ABŞ ordusu gəmilərin hansı yük daşıdığı ilə bağlı məlumat verməyib. 

Qeyd edək ki, ABŞ bu ilin aprel ayının 13-dən İranın dəniz yolunu blokadaya alıb.


Sizin reklam burada
Sizin reklam burada