Bu həkimlərin əməkhaqlarına Əlavələr olunacaq

Bu həkimlərin əməkhaqlarına Əlavələr olunacaq
10:33

Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırılıb.

News365.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, əməkhaqlarına əlavənin müddəti yanvarın 1-dək uzadılıb.

    Qeyd edək ki, bu müddət oktyabrın 1-dək nəzərdə tutulmuşdu.


    Sizin reklam burada
    Sizin reklam burada