ÇL: İlk yarımfinalçılar müəyyənləşir - YENİLƏNİR

ÇL: İlk yarımfinalçılar müəyyənləşir -  YENİLƏNİR
16 Apr 2024 09:42

Bu gün UEFA Çempionlar Liqasında ilk yarımfinalçılar müəyyənləşəcək. 

1/4 final mərhələsinin ilk cavab oyunları İspaniyada və Almaniyada baş tutacaq. 

"Barselona" doğma azarkeşləri önündə PSJ-ni qəbul edəcək. Komandalar arasındakı ilk matçda ispanlar qələbə qazanıb.

Günün digər matçında Dortmund "Borussiya"sı "Atletiko"nun müqavimətini qırmağa çalışacaq. Bu cütdə də ilk görüşdə İspaniya təmsilçisi minimal hesabla qalib gəlib.

Qeyd edək ki, 1/4 final mərhələsinin qalan iki görüşü ("Mançester Siti" - "Real Madrid" , “Bayern” – “Arsenal”) sabah keçiriləcək. 

UEFA Çempionlar Liqası

1/4 final mərhələsi, cavab oyunları

16 aprel

23.00. Barselona (İspaniya) - PSJ (Fransa)

Baş hakim: İştvan Kovaç (Rumıniya).

İlk oyun - 3:2

23.00. Borussiya D (Almaniya) - Atletiko M (İspaniya) 

Baş hakim: Slavko Vinçiç (Sloveniya).

İlk oyun - 1:2


Youtube kanalımız

Oxşar xəbərlər