Sergey Yuran qovuldu

Sergey Yuran qovuldu
28 Apr 2024 20:40

Azərbaycanlı futbol azarkeşlərinin daha çox "Simurq"un sabiq baş məşqçisi kimi tanıdığı, ötən ildən "Pari Nijni Novqorod"u çalışdıran rusiyalı mütəxəssis Sergey Yuran qovulub. 

Bu barədə “First Sport” telegram kanalı məlumat yayıb. 

Yuranın istefası barədə qərar bazar günü "Axmat"a böyük hesabla (1:5) uduzduqdan sonra verilib. Nijni Novqorod komandası Premyer Liqada keçirdiyi son altı oyunda məğlub olub və yüksək diviziondan aşağı liqaya düşmək riski ilə şəkildə üzləşib. 

"Pari Nijni Novqorod" Rusiya çempionatında növbəti oyununu mayın 5-də evdə "Spartak"a qarşı keçirəcək. 

Qeyd edək ki, "Pari Nijni Novqorod" hazırda Rusiya Premyer Liqasının turnir cədvəlində on birinci yerdədir. 


Youtube kanalımız

Oxşar xəbərlər