Çin Rusiyada dron istehsalının təşkilini təklif edib

Çin Rusiyada dron istehsalının təşkilini təklif edib
11 İyn 2025 11:55

Çindən olan tərəfdaşlar Saxalində bir neçə böyük mərkəzin, o cümlədən pilotsuz uçuş aparatlarının istehsalı üçün obyekt təşkil etməyi təklif ediblər. Bu barədə Saxalin vilayətinin mətbuat xidməti Telegram-kanalında məlumat yayıb.


Müzakirə regionun qubernatoru Valeri Limarenkonun iştirakı ilə keçirilən Rusiya-Çin forumu çərçivəsində baş tutub.


"Şirkətlər kənd təsərrüfatı, ticarət, pilotsuz texnologiyalar və digər sahələrdə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildiriblər", - paylaşımda yazılıb.


Saxalində pilotsuz uçuş aparatlarının istehsalının təşkili təklifi RUNFA investisiya qrupu tərəfindən irəli sürülüb. Limarenko PUA sənayesini Saxalin vilayəti üçün perspektivli adlandırıb. O, qeyd edib ki, onlardan regionda müxtəlif məqsədlər üçün istifadə olunur: zibilliklərin monitorinqi, meşə yanğınları və itkin düşənlərin axtarışında da istifadə olunur.

Tural


Sizin reklam burada
Sizin reklam burada