Çin Avropa İttifaqını Rusiya ilə əməkdaşlığa müdaxilə etməməyə çağırdı

Çin Avropa İttifaqını Rusiya ilə əməkdaşlığa müdaxilə etməməyə çağırdı
13:44

“Çin və Rusiya şirkətləri arasında normal əməkdaşlıq xarici müdaxiləyə məruz qalmamalıdır”.

News365.az xəbər verir ki, bu fikri Çin XİN-in rəsmi nümayəndəsi Qo Tsyakün Avropa İttifaqının Rusiyaya qarşı qəbul etdiyi 18-ci sanksiyalar paketini şərh edərkən səsləndirib. 

“Biz Avropa tərəfini heç bir faktiki əsas olmadan Çin şirkətlərinin qanuni maraqlarına zərər vurmaqdan çəkinməyə çağırırıq”, – deyə o bildirib.

Qo Tsyakünün sözlərinə görə, Çin hər zaman Ukrayna münaqişəsinin danışıqlar və sülh yolu ilə həllinə tərəfdar olub. 

Diplomat əlavə edib ki, Çin heç vaxt münaqişə tərəflərinə öldürücü silah tədarük etməyib və ikili təyinatlı məhsulların ixracını ciddi şəkildə nəzarətdə saxlayıb.

O vurğulayıb ki, Çin birtərəfli, beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanmayan sanksiyalara qarşı olub. 

Tsyakün qeyd edib ki, Çin milli şirkətlərinin maraqlarını qorumaq üçün bütün zəruri tədbirləri görəcək.


Sizin reklam burada
Sizin reklam burada