Kaliforniyada yaşayan 19 yaşlı psixologiya tələbəsi Sam Nelson ChatGPT-dən aldığı təhlükəli maddə qarışığı məsləhətləri nəticəsində həyatını itirib.
News365.az xarici mediaya istinadən xəbər verir ki, onun anası Layla Turner-Scott tərəfindən paylaşılmış 18 aylıq söhbət tarixçəsinə əsasən, süni intellekt sistemi gənci müxtəlif maddələri qarışdırmağa təşviq edərək bu əməliyyatların "təhlükəsiz" olduğunu bildirib.
Nelsonın söhbət tarixçəsi ChatGPT-nin maddə istifadəsi barədə son dərəcə riskli məsləhətlər verdiyini göstərir.