Dünyanın Yaponiya və Çin sonra üçüncü ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) alıcısı olan Cənubi Koreya 2025-ci ilin sentyabr ayında LNG idxalını 17% artıraraq 3,91 milyon ton səviyyəsinə çatdırıb.
News365.az xəbər verir ki, məlumatı ölkənin gömrük xidməti yayıb. Qeyd olunur ki, üçüncü rübdə LNG idxalı sürətlə artıb və ilin ilk 9 ayında ümumi idxal 35,36 milyon tona çataraq ötən ilin eyni dövrü ilə müqayisədə 4% yüksəlib.
Analitiklər bu artımı Cənubi Koreyanın enerji tələbatının yüksəlməsi və qış mövsümünə hazırlıqla izah edirlər.
News365.az