Çempionlar Liqası: Dembele həftənin oyunçusu seçildi

Çempionlar Liqası: Dembele həftənin oyunçusu seçildi
19 Apr 2024 22:39

Fransa çempionu, PSJ-nin fransalı hücumçusu Usman Dembele Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunlarının nəticələrinə əsasən həftənin futbolçusu seçilib.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, almaniyalı yarımmüdafiəçilər Julian Brandt (“Borussiya”, Dortmund), Coşua Kimmix (“Bavariya”) və uruqvaylı yarımmüdafiəçi Federiko Valverde (“Real Madrid”) də çempionluğa iddialı olublar.

Yarımfinalda Fransa çempionu PSJ aprelin 30-da Dortmund “Borussiya”sı ilə, mayın 1-də isə İspaniya vitse-çempionu “Real Madrid” “Bavariya” ilə qarşılaşacaq.


Youtube kanalımız

Oxşar xəbərlər