Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
News365.az-ın məlumatına görə, hadisə rayonun Uzuntəpə-Günəşli yolunda qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Ford" markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarındakı kanala aşıb.
Qəza nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.