Bullinqə məruz qalan şagird özünü öldürdü

Bullinqə məruz qalan şagird özünü öldürdü
10 Fev 2025 15:37

Biləsuvarda baş verən intihar hadisəsinin təfərrüatı məlum olub. 

News365.az xəbər verir ki, özünü öldürən Simuzər Heydərova 11-ci sinif şagirdi olub. 

Onun məktəbdə bullinqə məruz qaldığı iddia edilib. 

Qeyd edilib ki, Simuzər sinif yoldaşları tərəfindən ələ salınırmış. O, dərslərində kifayət qədər yaxşı nəticə göstərib. 

Qeyd edək ki, hadisə 8 fevral gecə saatlarında məcburi köçkünlər üçün tikilən 6 saylı qəsəbədə baş verib.  17 yaşlı Simuzər Yaşar qızı Heydərova yaşadığı evin həyətində özünü asıb. 

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada