Bu şəxslər cahil, ya da xaindir- Tural İrfan yazır

Bu şəxslər cahil, ya da xaindir- Tural İrfan yazır
09:52
Sosial şəbəkələrdə bəzilərinin ağlına və ağzına gələn kimi dini təbliğat adı ilə danışıb yanlış təbliğat aparmasının, xurafat və cəhalət yaymasının, məzhəbçilik, dini ayrıseçkilik, bəzən də mühafizəkar radikal fikirlər yaymasının qarşısı alınmalıdır.
Bəzən sosial şəbəkələrdə elə vəziyyət yaranır ki, din barədə məlumat almaq istəyən adamlar mənfur mənzərə ilə qarşılaşıb ateist olurlar.
Din elə bir şeydir ki, ya sağlam şəkildə təbliğ olunmalı ya da sovet vaxtındakı kimi ümumiyyətlə təbliğatı aparılmamalıdır. Çünki dinin sağlamlığını, təhrif olunmamasını da təmin etmək vacibdir.
Bu gün qeyri rəsmi, qeyri - ənənəvi şəkildə din adı ilə təbliğ olunan nəsnələrin çoxu mövhumat və xurafatdan savayı bir şey deyildir.
İnancla bağlı təbliğatda xalqımızın milli həmrəyliyi, tolerantlığımız, qanunlara tabeçilik əsas meyar olmalıdır.
Hər kəs öz məzhəbinin, təriqətinin tələb etdiyi ənənələri elə yaşamalı və elə təqdim etməlidir ki, ümumi prinsiplərə xələl gətirməsin, ortaq dəyərlərə zidd olmasın. Qaş düzəltmək əvəzinə göz çıxarmış olmasın.
Dinlər insanları birləşdirmək, saflaşdırmaq, mənəviyyatını zənginləşdirmək üçündür. Əgər kimsə din, məzhəb adı ilə bu dəyərlərin əksini təbliğ edirsə o ya cahil ya da xaindir.
Tural İrfan, dinşünas

Sizin reklam burada
Sizin reklam burada