Trampın xüsusi səfiri Rusiyaya çatdı - YENİLƏNİB

Trampın xüsusi səfiri Rusiyaya çatdı - YENİLƏNİB
02 Dek 2025 15:22

ABŞ Prezidenti Donald Trampın xüsusi səfiri Stiv Uitkoff Rusiyada rəsmi səfərdədir.

News365.az xəbər verir ki, onun təyyarəsi artıq Moskvanın “Vnukovo-2” aerportuna eniş edib.

Stiv Uitkoffun yaxın zamanda ölkə rəhbərliyi ilə Ukrayna münaqişəsinin dinc yolla nizamlanması, o cümlədən Vaşinqtonun sülh planı üzrə danışıqlar aparacağı gözlənilir.

***

Bu gün Moskvada Rusiya Prezidenti Vladimir Putinlə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında görüş keçiriləcək.

News365.az “İnterfaks”a istinadən xəbər verir ki, Kremlin rəsmi sözçüsü Dmitri Peskov görüşün saatını açıqlayıb.

Onun sözlərinə görə, danışıqlar Bakı vaxtı ilə təqribən saat 18:00-da başlayacaq. 

Peskov xatırladıb ki, Moskvaya səfərdən əvvəl ABŞ rəhbərliyi iki həftə ərzində Ukrayna tərəfi ilə intensiv iş aparıb. 

Qeyd edək ki, S.Uitkoff ilk dəfə Moskvaya bu ilin fevralında səfər edib. Daha sonra xüsusi nümayəndə bir neçə dəfə yenidən Moskvada və Sankt-Peterburqda olub.


Sizin reklam burada
Sizin reklam burada