Bu ölkədə silahlı hücum: Ölənlər var

Bu ölkədə silahlı hücum: Ölənlər var
14:19

Pakistanın şimal-qərb bölgəsində silahlı şəxslərin hücumu nəticəsində 4 nəfər həyatını itirib.

News365.az Pakistan mediasına istinadən xəbər verir ki, öldürülənlər arasında yerli icra nümayəndəsi, onun iki cangüdəni və yoldan keçən təsadüfi şəxs var.

Hadisə Xeybər-Paxtunxva vilayətində baş verib. Yerli polis məlumatına görə, icra nümayəndəsinin avtomobili silahlılar tərəfindən pusquya salınıb. Hələlik hücumla bağlı heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib. Hücumla bağlı araşdırmalar davam edir.

Qeyd edək ki, dünən şimal-qərbdə, Lakki Mərvat bölgəsində polis maşını partladılıb və nəticədə bir polis zabiti ölüb. Bu, regionda təhlükəsizlik vəziyyətinin gərgin olduğunu göstərir.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada